BMT zəlzələdən zərər çəkmiş Nepala 15 milyon dollar yardım ayıracaq. Cia.az-ın məlumatına görə, bu məlumat təşkilatın rəsmi internet saytında yer alıb. BMT hesabatında bildirilir ki, güclü zəlzələdən ən azı səkkiz milyon insan zərər çəkib. Onların bir çoxu yaşayış yerini itirib. Bundan başqa regionda ərzaq və içməli su çatışmazlığı müşahidə olunur. Vəsait zəlzələdən zərər çəkmişləri yaşayış yeri, su və qida ilə təmin etməyə yardım edən təşkilatlara ayrılacaq. Xatırladaq ki, aprelin 25-də Nepalda 7,8 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 5 mindən çox insan həyatını itirib, on minə qədər insan yaralanıb. Fəlakət zonasında infrastruktur dağılıb, rabitə və elektrik yoxdur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.