banner
banner

İdman

"Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşir

"Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşir

Bu gün Konfrans Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:30-da start götürəcək tədbirdə turnirdəki yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək. .

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb. Ağdam klubu 2-ci səbətdə yer alıb.

1-ci səbət: "Roma" (İtaliya), "Tottenhem" (İngiltərə), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "AZ Alkmar" (Niderland), LASK (Avstriya)

2-ci səbət: "Feyenoord" (Niderland), "Qarabağ" (Azərbaycan), "Makkabi" (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), "Renn" (Fransa), "Partizan" (Serbiya), CFR (Rumıniya), "Zarya" (Ukrayna),

3-cü səbət: "Union Berlin" (Almaniya), "MOİK-Sofiya" (Bolqarıstan), "Vitess" (Niderland), "Slovan" (Bratislava, Slovakiya), “Yablonets” (Çexiya), "Alaşkert". (Ermənistan), "Flora" (Estoniya), "Kayrat" (Qazaxıstan),

4-cü səbət: "Linkoln" (Cəbəllütariq), "Randers (Danimarka), "Anortosis", "Omoniya" (hər ikisi Kipr), HİK (Finlandiya), "Makkabi" (Hayfa, İsrail), "Budyo Qlimt" (Norveç), "Mura" (Slovakiya)

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.