Ukraynanın prezidenti Petro Poroşenko 2 milyard rublunu (40 milyon 600 milyon manat) itirib. Rusiyada yerli rayon məhkəməsi "Roshen" holdinqinin ölkə ərazisindəki 2 milyard rubl dəyərində olan mülkünə həbs qoyub. Şirkətin baş menecerləri 180 milyon rublluq (3 milyon 654 min manat) dələduzluqda günahlandırılırlar. Həbs Rusiyadakı "Roshen" Lipetsk şirniyyat fabriki"ndə yerləşən 4 istehsalat kompleksinə, hazır məhsul anbarına və inzibati binaya aid edilib. Qeyd edək ki, əmlakın həbsindən əvvəl "Roshen" Lipetsk şirniyyat fabriki"ndə və onun baş menecerlərinin evində sənədlərin axtarışı aparılıb və tapılan sənədlər müsadirə edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.