banner
banner

Qadın

Yatmazdan əvvəl bunları edin

Yatmazdan əvvəl bunları edin

Yatmazdan öncə bəzi qulluq üsullarından istifadə edərək günə daha inamlı başlamaq mümkündür.

 

Axşam.az xəbər verir ki, cilddəki bəzi problemlər gün ərzində narahatlıq yaratmaqla yanaşı özünə olan inamın da sarsılmasına səbəb olur. Xüsusən xanımlar dərilərinin hamar və gözəl görünməsini istəyir.

Ev şəraitində aşağıdakıları edərək daha güclü dırnaqlara və gözəl dəriyə sahib ola bilərsiniz.

1. Bir neçə damla lavanda yağını kokos yağı və balla qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışım dırnaqlarınızı daha möhkəm edərək qırılmasının qarşısını alacaq. Bu prosedura dırnaqlarınızdakı boyanı sildikdən sonra tətbiq edərək gecə boyunca nüfuz etməsinə imkan verin.

2. Burun və ya çənə bölgəsindəki qara nöqtələrdən qısa müddətdə xilas olmaq üçün bu maskanı ​​hazırlayın.

1 çay qaşığı isti su, 1 xörək qaşığı un və 1 çay qaşığı balı qaba əlavə edib qarışdırın. Pambıq və ya parça bezlə problemli bölgəyə çəkin. 10-15 dəqiqədən sonra durulayın.

2. Çiy kartofdan hazırlanan kompreslə qoltuqaltındakı ləkələrdən qurtulmaq mümkündür. Kartofu kəsib, təxminən yarım saat qoltuq altında saxlayıb durulayın.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.