banner
banner

Dünya

Kral varisini açıqladı

Kral varisini açıqladı

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud varisini açıqlayıb.
Cia.az-ın məlumatına görə, Salman bin Əbdüləziz Əl Səud qardaşı oğlu və daxili işlər naziri olan Məhəmməd bin Nayefini vəliəhdi olaraq təyin edib. 
Kralın oğlu Şahzadə Məhəmməd Bin Səlman isə ikinci vəliəhd şahzadə və Səudiyyə Ərəbistanı xarici işlər naziri olub.
Qeyd edək ki, 2005-ci ildən bəri Səudiyyə Ərəbistanı Kralı olan Abdullah bin Əbdüləziz Al Səud 10 il boyunca ölkəni idarə etmişdi. 90 yaşındakı Kral Abdullahın yanvar ayında ölümündən sonra onun ögey qardaşı Salman ölkənin yeni kralı olub. 
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud öz oğlu şahzadə Məhəmməd bin Salmanı isə müdafiə naziri təyin edib. O, həmçinin kral məhkəməsinin başçısı vəzifəsinə təyin edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.