banner
banner

İdman

Çimərlik güləşçimiz İtaliyada bürünc medal qazanıb

Çimərlik güləşçimiz İtaliyada bürünc medal qazanıb

İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qrup mərhələsini uğurla keçən güləşçimiz Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran idmançısı Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabı ilə qalib gələn O.Nəzəriani turnirin bürünc medalına sahib olub.

Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Qeyd edək ki, dünya seriyasının üçüncü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.