banner
banner

Dünya

Məmurların güllələnməsi əmrini verdi

Məmurların güllələnməsi əmrini verdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 15 yüksək rütbəli məmuru edam etməyi əmr edib.
Cia.az-ın məlumatına görə, "Renhap" agentliyi dövlət işçilərinin bu il ərzində edam ediləcəklərini bildirib. Agentlik bu məlumatı Koreya Respublikasının kəşfiyyat xidmətlərinə istinadən yayıb.
Qeyd edək ki, 2013-cü ildə də buna bənzər hadisə baş vermişdi. Kim Çen Inın əmri ilə öz əmisi Çan Son Thek edam edilmişdi. Edam əmr verilən gün yerinə yetirilmişdi. O, dövlət çevrilişində ittiham edilirdi. Bəzi mənbələr onun KXDR dövlət təhlükəsizliyi nazirliyinin binasındaca iri kalibrli pulemyotlardan atəş açılaraq öldürüldüyünü yazırdı. Bəziləri isə Çan Son Thekin itlərin önünə atılaraq öldürüldüyünü qeyd edirdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.