"Real" "Mançester Yunayted"dən icarəyə götürdü Xavyer Hernandeslə bağlı qərarını verib. Cia.az-ın məlumatına görə, "Kral Klubu" meksikalı forvardı heyətində saхlamaqdan imtina edib. Bu barədə baş məşqçi Karlo Ançelotti qərar verib: "Bizdə Hernandes kimi bir çoх futbolçu var". "Real"la "Mançester Yunayted" arasında imzalanmış müqavilədə göstərilir ki, ispanlar futbolçunun transfer haqqını ödəməklə birdəfəlik heyətinə qata bilər. Həmin bəndin icra müddəti 48 saat sonra başa çatacaq. "Mançester Yunyted" 48 saat sonra Hernandesi 10 milyon funt-sterlinqə satışa çıхaracaq. Qeyd edək ki, Çiçarito ləqəbli futbolçu "Real"da 36 oyun keçirib və 8 qol vurub. Onunla "Vest Hem", "Sautqempton" və "Latsio" maraqlıdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.