Rusiya baş nazirinin müavini: “Bakı, Moskva və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır”
Azərbaycan, Rusiya və Ermənistan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında qərarlıdır.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bazar ertəsi İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində jurnalistlərə deyib.
“Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan son görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında qərarlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır”, - deyə Overçuk bildirib.
Onun fikrincə, nəqliyyat marşrutlarının bərpası ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.