Dünyanın məşhur idman saytı Bakıda keçiriləcək Formula -1 yarışından yazıb. Cia.az-ın məlumatına görə, autosport.com-da çıxan məqalədə Formula - 1 üzrə Avropa Qran-Prisinin 17 iyul 2016-cı ildə baş tuta biləcəyini bildirib - Гран При Европы в Баку состоится в июле? Sayt bildirir ki, 21 mərhələli yarışın təqvimində ciddi dəyişikliklər gözləyir: Malayziya və Rusiya mərhələlərinin vaxtı dəyişdiriləcək, eləcə də Azərbaycanda yarışlar üçün təqvimdə yer ayırmaq məqsədi ilə həftəlik fasiləsi olan yarışların sayı da dəyişdiriləcək. Hələlik ilkin layihənin təsdiqlənməsinə dair heç bir rəsmi təsdiq yoxdur, dəyişikliklər adətən FİA-nın təqviminin dekabrda ratifikasiyasına qədər edilə bilər. Hazırda gələn il üçün Formula-1 təqvimi aşağıdakı kimidir:
Aprel, 3 - Аvstraliya (Albert-Park) Aprel, 10 - Çin (Şanxay) Aprel, 24 - Bəhreyn (Sahir) May, 1 - Rusiya (Soçi) May, 15 - İspaniya (Barselona) May, 29 - Monako (Monte Karlo) İyun, 12 - Kanada (Monreal) İyun, 26 - Britaniya (Silverstoun) İyul, 3 - Avstriya (Red Bull Ring) İyul, 17 - Azərbaycan (Bakı) İyul, 31 - Almaniya (Hokkenhaym) Avqust, 7 - Macarıstan (Hunqarorinq) Avqust, 28 - Belçika (Spa) Sentyabr, 4 - İtaliya (Моntsa) Sentyabr, 18 - Sinqapur (Marina-Bey) Sentyabr, 25 - Malayziya (Sepanq) Oktyabr, 9 - Yaponiya (Suzuka) Oktyabr, 23 - ABŞ (Ostin) Oktyabr, 30 - Meksika (Mexiko) Noyabr, 13 - Braziliya (İnterlaqos) Noyabr, 27 - Abu-Dabi (Yas-Marina)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.