banner
banner

Dünya

Türkiyədə dəhşətli qəza: ölənlər var FOTO, VİDEO

Türkiyədə dəhşətli qəza:

Türkiyədə 3 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Cia.az-ın verdiyi məlumata görə, hadisə Denizli – Aydın magistral yolundakı Bakırlı keçidində meydana gəlib. 
Şəxsiyyəti naməlum sürücünün idarə etdiyi minik avtomobili Denizli istiqamətində hərəkətdə olarkən nəzarətdən çıxan maşın eyni istiqamətdə hərəkət edən başqa maşına dəyərək bardürlərə çırpılıb. Bardürləri aşıraraq qarşı zolağa keçən maşın yolun əks istiqamətində hərəkət edən TIR-ın altına düşüb. İçərisində 4 nəfər olan minik maşınını sürükləyən TIR ancaq 70 metr irəliləyərək dayana bilib. 
Qəza və həmçinin qəzanl izləmək üçün hadisə yerinə toplaşan insanlar səbəbindən magistral yolda bir müddət tıxac yaranıb. 
Qəzada ölənlərin meyitləri məhkəmə tibbi ekspertizasına, yaralılar isə xəstəxanaya aparılıb. 
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir. 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.