Təmsilçilərimiz Çempionlar Turunun final mərhələsində məğlub olublar
Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 3-cü tura yekun vurulub.
Cia.az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Şahmatçılarımız qarşılaşmaları tay-breykədək uzada bilib.
Sentyabrın 28-də keçiriləcək 4-cü turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb