BMT Baş Assambleyasındakı İran heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fars körfəzindəki üç ada ilə bağlı iddialarına məktubla cavab verib.
Məktubda aşağıdakı ifadələr yer alıb:
“İran prinsipial və qətiyyətli mövqeyi ilə iki ölkə arasında belə bir qarşıdurmanın olmasını rəsmən tanımadığını bir daha bəyan edir.
Bu üç ada (Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları) İran ərazisinin ayrılmaz hissəsidir və bunun əksinə olan hər hansı bir iddia rədd edilir.
Bütün bunlara baxmayaraq, İran mehriban qonşuluq prinsipinə maksimum hörmət göstərmək üçün Əbu Musa adası ilə bağlı hər hansı bir anlaşılmazlığı aradan qaldırmaq üçün BƏƏ ilə ikitərəfli danışıqlar aparmağa hazır olduğunu bəyan edib”.
İran nümayəndə heyətinin məktubunda Fars Körfəzi yerinə saxta bir ad istifadə edən BƏƏ nümayəndəsinin münasibətinə reaksiya verilib: “BƏƏ təmsilçisinə “Fars Körfəzi”nin düzğün adının eramızdan əvvəl 500-cü ildən bəri Ərəbistan yarımadası ilə İran yaylası arasındakı körfəzi ifadə edib və əbədi olaraq elə qalacaq”.
Qeyd edək ki, vaxtilə BƏƏ ilə birgə Britaniyanın müstəmləkəsi olan sözügedən adalar 1971-ci ildən, BƏƏ müstəqil olandan İranın hakimiyyətindədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.