"Taliban" döyüşçülərinə şəxsi evləri tərk edərək hərbi bazalara qayıtmaq əmr olunub.
Cia.az "Tolou News"a istinadla xəbər verir ki, müvəqqəti "Taliban" hökumətinin Baş naziri Molla Məhəmməd Həsən Axund bu barədə əmr imzalayıb.
Döyüşçülərə şəxsi evlərə və özəl şirkətlərə girmək qəti qadağan edilib.
Sənəddə deyilir ki, "nəqliyyat vasitələrinə və avadanlıqlarına baxış keçirmək və s. bəhanəsi ilə heç kimin Kabildə və ətraf ərazilərdə axtaış aparmamalıdır.
Əmrə əsasən, bütün "Taliban" qoşunları hərbi bazalara getməlidir.
Xatırladaq ki, Kabildə və bəzi əyalətlərdə keçmiş məmurların evlərində axtarış aparılıb və şəxsi avtomobillərin bir qismi müsadirə olunub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.