banner
banner

İdman

Premyer Liqa klubları cərimələndi

Premyer Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Cia.az PFL-a istinadən xəbər verir ki, iclasda Premyer Liqamızın 5-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

Premyer Liqanın 5-ci turunun “Keşlə” – “Qarabağ” oyununda  matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Keşlə”nin  baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” oyununda  matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.