İranın ali dini lideri Ayətullah Əli Xamneyi şəkil və video paylaşma saytı olan İnstagram-ın səhvini tapıb və ondan yararlanıb. Sistem səhvindən istifadə edən ali dini lider qoyulan limitdən daha uzunmüddətli videolar yükləyərək paylaşıb. Belə ki, 2013-cü ildən tətbiq edilən yeni qaydaya əsasən, instagram-da 15 saniyədən artıq davam edən videoları paylaşmaq mümkün deyil. Lakin Xamneyi öz hesabında 15 saniyədən daha uzun - 1,5 dəqiqəlik videolar yükləyə bilib.
Bu, iranlı istifadəçilərin də marağına səbəb olub. Bəziləri hətta instagram-ın Xamneyi üçün ayrıseçkilik etdiyini də deyib. Xamneyiyə verilən bu "möhtəşəm hədiyyə"ni görən Pouria Zeraati adlı müxbir də öz tvitter hesabında ona müraciət edərək "hörmətli lider, bu sehirli kodunuzu bizimlə də paylaşa bilərsinizmi?" yazıb.
Lakin tezliklə instagram rəsmiləri "Guardian" qəzetinə müsahibələrində bu məsələyə aydınlıq gətiriblər. Onlar bunu belə izah ediblər ki, istifadəçilərin 15 saniyədən daha uzun video yükləyə bilməsi sistem səhvidir və bu səhv tezliklə həll edilib. Xamneyi də həmin sistem səhvindən istifadə edərək videolar yükləyib.
Lakin sistem səhvi aradan qaldırılsa da, Ayətullah Əli Xamneyinin ofisi tərəfindən idarə edilən instagram hesabındakı uzun videolar hələ də qalmaqdadır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.