banner
banner

Dünya

Gürcüstandan İrana SƏRT XƏBƏRDARLIQ: Azərbaycana qarşı təhdid yaranarsa...

Gürcüstandan İrana SƏRT XƏBƏRDARLIQ:

“Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyması rəsmi Bakı ilə Tiflis arasındakı strateji tərəfdaşlığın, müttəfiqliyin hansı səviyyədə olduğunu göstərir”.

Cia.az savash.org-a istinadən xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev deyib.

O, bildirib ki, Gürcüstan bununla İrana açıq mesaj verir ki, regionda onun müttəfiqi Azərbaycandır və ona təhdid, təhlükə olarsa, o da bütün imkanları ilə dəstək verəcək:

“Azərbaycan tərəfi region ölkələrinə 3+3 formatını təklif edib. Yəni üç Qafqaz ölkəsi, üç də ətraf ölkə formatda iştirak edə bilər. Lakin görünür, bəzi ölkələr bunu yanlış anlayıb. Ölkə başçısının dediyi kimi, istəyən bu formata qoşula bilər, istəməyən də özü bilər. Yəni biz bu formata 2+2 olaraq da davam edə bilərik.

Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq”.

Xatırladaq ki, ötən gün İran hava məkanını Naxçıvana hərbi məqsədli uçuşlar üçün bağladığını bildirmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.