banner
banner

İdman

Azad Rəhimovun xatirə turnirinə start verildi - FOTO

Azad Rəhimovun xatirə turnirinə start verildi

 

 

Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, məktəblilər arasında təşkil edilən turnirin açılışından öncə, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları II Fəxri Xiyabanda Azad Rəhimovun məzarını ziyarət ediblər.

Məzar önünə Gənclər və İdman Nazirliyi adından əklil və gül dəstələri qoyulub.

 

132-134 saylı Təhsil Kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısametrajlı film nümayiş etdirilib. Sonra 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər. Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib.

Rəsmi hissədən sonra vaxtilə təhsil aldığı bu məktəbdə Azad Rəhimov üçün yaradılmış xatirə güşəsinə baxış keçirilib.

Qeyd edək ki, Azad Rəhimovun doğum günündə start verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək.

Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.