banner
banner

İdman

Fərid Qayıbov voleybolçularla görüşdü - FOTO

Fərid Qayıbov voleybolçularla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub. Cia.az xəbər verir ki, nazir yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib.

Qayıbov Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.

 

Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın baş məçqçisi Alla Həsənova iştirak ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.