banner
banner

Dünya

“Danışıqlar uğurla keçdi“ - “Taliban“dan açıqlama

“Danışıqlar uğurla keçdi“ -

"Əfqanıstan İslam Əmirliyi və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri arasında 2 günlük dialoq uğurla keçdi".

Cia.az "Tolou News"a istinadla xəbər verir ki, bunu "Taliban" sözçüsü Zəbiullah Mücahid bildirib.

O əlavə edib: "Görüş zamanı siyasi məsələlər ətraflı müzakirə olundu. Doha Anlaşmasının tam icrası İslam Əmirliyi tərəfindən ən yaxşı şəkildə qiymətləndirildi. Problemlərin həlli yolu və humanitar yardımın siyasi mövzularla əlaqəli olmaması vurğulandı". 

Mücahidin sözlərinə görə,  ABŞ nümayəndələri əfqanlara humanitar yardım göstərəcəklərinə və digər humanitar təşkilatlara yardımların çatdırılması üçün şərait yaradacaqlarına söz veriblər. "Taliban" da öz növbəsində bu qərarı alqışlayıb.

Mücahid bildirib: "Diplomatik münasibətləri daha yaxşı bir dövlətə qaytarmaq üçün səylər göstərilməlidir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.