Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Cia.az xəbər verir ki, yığmamız səfərdə Serbiya millisinin qonağı olacaq.
Keçirdiyi 6 oyundan sonra cəmi bir xal qazanan Canni de Byazinin yetirmələri qrup lideri ilə matçda möcüzəyə ümid edəcək.
Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi A qrupu, VIII tur 12 oktyabr 22:45. Serbiya – Azərbaycan Baş hakim: Erik Lambrexts (Belçika) Belqrad, “Rayko Mitiç” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.