Böyük Britaniya şirkətlərində çalışan işçilərin sayı sentyabr ayında rekord həddə çatıb. Bu, uçot faiz dərəcəsini yüksəltməyə hazırlaşan İngiltərə Bankı ("Bank of England") üçün təkan ola bilər.
Cia.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatının yaxşılaşması fonunda Britaniya şirkətlərində çalışan işçilərin sayı sentyabr ayında 207 min nəfər artıb. Əlavə olaraq, iyun-avqust aylarında işsizlik səviyyəsi may-iyul aylarındakı 4,6%-dən 4,5%-ə düşüb.
İyun-avqust aylarında orta əməkhaqqı, may-iyul aylarında 8,3%-lik artımdan sonra illik 7,2% artıb. Mükafat və bonuslar istisna olmaqla, artım 6% təşkil edib.
Xatırladaq ki, İngiltərə Bankı, əsas faiz dərəcəsini 0,1% artıracaq dünyanın aparıcı mərkəzi banklarından birincisi ola bilər. "HSBC Asset Management"in analitiki Hüseyn Mehdinin sözlərinə görə, güclü əmək statistikası Mərkəzi Bankın faiz dərəcəsini bu ilin sonunadək artırma ehtimalını yüksəldir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.