"Barselona"ya 4 ulduz futbolçu təklif olunub. Bu barədə Kataloniyanın "Sport" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, FIFA-nın qoyduğu transfer qadağası səbəbindən yayda transfer edəcəyi futbolçuları gələn ilin yanvarınadək oynada bilməyəcək "Barselona"ya menecerlər 4 futbolçu təklif edib. Qəzet onların adlarını da açıqlayıb: "Mançester Yunayted"dən Xuan Mata, Ander Herrera, Ueyn Runi və "Mançester Siti"dən David Silva. "Barselona" istəsə, qısa zamanda onların transfxerini həyata keçirə bilər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.