Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. İkinci oyun günündə iki matç baş tutub. Günün ilk oyununda "Bakı" "Xəzər Lənkəran"ı qəbul edib. 3 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb - 2:1. Hesabı 17-ci dəqiqədə Nurlan Novruzov penaltidən açıb. Hücumçu 5 dəqiqə sonra dublunu rəsmiləşdirib. Bununla da Premyer Liqanın bombardiri qollarının sayını 15-ə çatdıraraq əsas rəqibi Draqan Çeranı 3 top geridə qoyub. "Xəzər Lənkəran"ın təsəlli qoluna 55-ci dəqiqədə Sadio Tounkara imza atıb. 60-cı dəqiqədə Qeyrət Əliyev meydandan qovularan "Bakı"nı azlıqda qoysa da, qonaqlar say üstünlüyündən yararlana bilməyib.
Tura mərkəzi oyunla - "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulub. İki qolun vurulduğu oyun 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə fərqlənən Reynaldo Silva "Qarabağ"ı hesabda önə keçirib. "Qəbələ" isə buna 90-cı dəqiqədə Cavid Hüseynovun penalti qolu ilə cavab verib. Beləliklə, "Qəbələ"nin 8 oyunluq qələbə seriyası qırılıb. "Qarabağ" növbəti turda çempionluğunu elan edə bilər. Bunun üçün "İnter" məğlub olmalıdı.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Simurq"u 3:2 hesabı ilə yenib, "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2. "Araz Naхçıvan" Premyer Liqadan çıхdığından AZAL bu turda istirahət edib.
Premyer Liqa 2014/15 mövsümü IV dövrə, XXII tur
2 may Bakı - Xəzər Lənkəran 2:1 Qollar: Nurlan Novruzov, 17-pen; 22 - Sadio Tounkara, 55.
Qəbələ - Qarabağ 1:1 Qol: Cavid Hüseynov, 90-pen - Reynaldo Silva, 55.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.