Cia.az həmin faydalı xüsusiyyətləri təqdim edir. Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və artıq ziyanlı maddələrdən təmizləyir.
Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s.
Alça C vitamini ilə olduqca zəngindir. C vitamini orqaniz üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma prosesləri ləngidir və s.
Alça avitaminozla mübarizə edir.
Alça və alçadan hazırlanan souslar (tkemali və s.) yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Alça həzm prosesləri yaxşılaşdırır. Təbii liflərlə zəngin olan alça qəbizliklə mübarizədə çox yaxşı kömək edir.
Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
Turşularla zəngin olan alça orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir.
Lakin bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə bilər, tutmanın inkişafına təkan verə bilər.
Bundan əlavə alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir edə bilər, mədədə ağırlıq, köp və s. xoşagəlməz hallara səbəb ola bilər.
Alçanın çərdəklərin tərkibində az miqdarda sianid turşusu var. Bu maddə güclü zəhərdir. Bu səbəbdən alçanın çərdəklərinin içərizində olan "qozları" yemək tövsiyə edilmir. Bu zəhərlənməyə səbəb ola bilər. Xüsusilə bu kiçik yaşlı uşaqlar üçün təhlükəlidir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.