“Aleksey Navalnı həbsdə siyasi fəaliyyətinə görə deyil, cinayətə görə cəza çəkir”.
Cia.az TASS-a istinadən xəbər verir ki, bunu rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji həftəsi”nin plenar iclasında bununla bağlı suala cavabında deyib.
“Dediyiniz şəxslər siyasi fəaliyyətlərinə görə, Rusiyada işləyən xarici sahibkarlara qarşı cinayət əməllərinə görə həbsdədir. Həmin məhkumlar qanun pozuntusuna görə bundan əvvəl dəfələrlə bağışlanıblar”, - deyə Putin qeyd edib.
Qeyd edək ki, fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə “İv Roşe” işi üzrə müxalifət lideri Aleksey Navalnının şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.