banner
banner

İdman

“Hafka“ “Lans“ın borcunu niyə vermir?

“Hafka“ “Lans“ın borcunu niyə vermir?

Fransanın "Lans" futbol klubun prezidenti Jerve Martel klubdakı son durumla bağlı yazılı açıqlama verib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Martel əsas səhmdar Hafiz Məmmədovun oktyabrın sonunadək ödəməli olduğu 4 milyon avro öhdəliyinin hələ də yerinə yetirilməməsi ilə bağlı Bakıda səfərdə olduğunu bildirib. O, "Bank of Azerbaijan"dan öz öhdəliyini təsdiqləyən bütün təminatları aldığını və ödənişin yaxın 15 gün ərzində həyata keçiriləcəyini vurğulayıb. Klub prezidenti, həmçinin gələn ilin yanvarınadək 14 milyon avronun da ödəniləcəyinə təminat verildiyini açıqlayıb. Martel "Lans"dakı situasiyaya çox diqqətlə yanaşan Azərbaycan tərəfinə də minnətdarlığını bildirib. O, "Bordo" komandası ilə noyabrın 8-də keçirəcəkləri Fransa çempionatının 13-cü tur matçından sonra Samuel Atru, Benjamin Bulenj və Landri N Quemo ilə müqavilələrinin təsdiqlənəcəyini vurğulayıb.

Qeyd edək ki, "Lans"ın Fransa yüksək liqasındakı iştirak qarşılığında üzvlük haqqı ödənişinin tam həyata keçirilməməsi səbəbindən klubun yeni transferlər etməsinə qadağa qoyulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.