banner
banner

İdman

“Qəbələ"dən yeni rekord!

“Qəbələ"dən yeni rekord!

“Qəbələ” Topaz Premyer Liqasının XXXII turunda “Qarabağ”la qarşılaşıb. “Qırmızı-qaralar” ardıcıl 9-cu dəfə meydanı məğlubiyyətsiz tərk edib. 

Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri 8 qələbədən sonra meydandan heç-heçə ilə ayrılıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən qələbə seriyası qırılsa da, məğlubiyyətsizlik və qollu oyunlar seriyası davam edir. 

Fevralın 10-da səfərdə “Simurq”un qapısına yol tapa bilməyən (0:2) “Qəbələ” son 10 matçı qolsuz tərk etməyib. Bu görüşlərdə qəbələlilər 19 dəfə fərqlənib. Ardıcıl 10 çempionat görüşündə qol vurmaq isə klub tarixinin yeni rekordudu. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” 2010-cu ildə qeydə alınan rekordunu yeniləyib. Həmin vaxt komanda ardıcıl 9 matçda rəqib qapısına yol tapmışdı.

Bu seriyada son 5 oyunda 5 qol vuran Cavid Hüseynovun da rolu olub. Ardıcıl 3 matçdı meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi mövsümdə 11-ci dəfə fərqlənib. O, “Qəbələ”nin tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu adına daha da yaxınlaşıb. Bu göstəricidə rekord ötən mövsüm 12 qol vuran Daniel Subotiçə məxsusdu.

Rekordun 1 addımlığında olan Cavid klub tarixinin ən məhsuldar oyunçularının siyahısında 10-cu yerə şərik olub: Viktor Mendi - 31, Dodo - 23, Rövşən Əhmədov - 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Deon Barton - 15, Daniel Subotiç - 13, İbrahim Hüseynov, Vitali Balamestnı - hər ikisi 12, Rəşad Yusubov, Cavid Hüseynov – hər ikisi 11.

Bütün qollarını çempionatda vuran yarımmüdafiəçi klubun Premyer Liqadakı bombardirləri siyahısında 6-cı yerə şərikdi: Viktor Mendi - 27, Dodo - 21, Yannik Kamanan - 16, Deon Barton - 15, Daniel Subotiç - 12, Kənan Kərimov, Vitali Balamestnı, Cavid Hüseynov – hamısı 11.


Roman Qroqorçukun rəhbərliyi altında Premyer Liqadakı əvvəlki 11 matçda 9 qələbə qazanıb, 3 dəfə məğlub olan “qırmızı-qaralar” mövsümün 2-ci yarısında ilk dəfə heç-heçə edib. Qəbələ təmsilçisi sonuncu dəfə 2014-cü ilin son qarşılaşmasında – dekabrın 21-də “İnter”lə ev matçında bərabərliyə (1:1) imza atmışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.