banner
banner

Sağlamlıq

İmmuniteti gücləndirən vacib element

İmmuniteti gücləndirən vacib element

Bədəndə maqneziumun olmaması payız soyuqdəyməsində kritik ola bilər.

Cia.az xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində tibb elmləri namizədi, qidalanma mütəxəssisi Rimma Moysenko danışıb. O bildirib ki, bu element insan orqanizmi üçün ən vaciblərindən biridir, çünki bədəndə baş verən 300-dən çox kimyəvi prosesə xidmət edir. Həkim xəbərdarlıq edib ki, maqnezium səviyyəsi aşağı olduqda immun reaksiyadan məsul olan tiroid bezinin işi "axsamağa" başlayır, nəticədə kortizol və adrenalin hormonları daha pis istehsal olunur.

Mütəxəssis eyni zamanda yaydan sonra maqneziumun xüsusilə vacib olduğunu vurğulayıb, çünki yüksək temperaturda tərləmə nəticəsində bu elementin çoxu bədəndən çıxır və insanın immun reaksiyası azalır.

Rimma Moysenko maqnezium çatışmazlığının artıq çəkiyə və selülitə səbəb ola biləcəyini də diqqətə çatdırıb. Bundan əlavə, aşağı maqnezium səviyyəsinin fürsətçi floranın daha aktiv böyüməsinə və yorğunluğa səbəb olduğunu izah edib. Diyetoloq qoz-fındıq, giləmeyvə, qovun və ya yaşıl çay qəbulu ilə maqnezium səviyyəsini artırmağı məsləhət görüb.

Qastroenteroloq Natalya Stukova isə bir insanın bədənində kifayət qədər duz olmadığını göstərən əlamətləri açıqlayıb. Onun sözlərinə görə, rasionda duzun olmaması sağlamlıq problemlərinə səbəb ola bilər. Həkim məhsulun hüceyrə səviyyəsində metabolik proseslərdə iştirak etdiyi üçün bədən üçün lazım olduğunu qeyd edib. Duzda olan minerallar natrium olan elektrolitlərin balansını dəstəkləyir. "Bədəndə duz çatışmazlığının əlamətləri baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, ürək çatışmazlığı, qeyri-sabit hemodinamik ola bilər", - həkim bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.