Putinin 9 may paradına dəvətini qəbul etməyən Almaniya kansleri Angela Merkel mayın 10-da Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Onun səfəri zamanı onun Vladimir Putinlə görüşü gözlənilir. Federal kanslerin aparatından bildirilib ki, Almaniya hökümətinin başçısı Rusiyada nasizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərin bir qismində iştirak edək. O cümlədən, Angela Merkel Moskvada "Naməlum Əsgər" abidəsi önünə gül əklili qoyulması mərasimində iştirak etməyi planlaşdırır. Lakin mayın 9-da keçiriləcək hərbi paradın qonaqları sırasına Almaniya liderinin qatılacağı nəzərdə tutulmayıb. Bundan əvvəl Moskvada keçiriləcək 9 May günü paradında iştirakdan bir çox dünya liderləri imtina ediblər. ABŞ, Polşa, Litva, Latviya, İsveç, Norvec, Britaniya və Yaponiya liderləri Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcəklərini bildiriblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.