Koronavirus kişi sonsuzluğuna səbəb olurmu? - MÜTLƏQ OXUYUN!
Koronavirusa yoluxan insanlarda bir çox xəstəliklərin müşahidə olunduğu hər kəsə məlumdur. Bəs bu virus kişi sonsuzluğuna səbəb olurmu?
Koronavirusun hədəflərindən biri də ACE2 (Angiotensin-converting enzyme) molekuludur. Tədqiqatlar göstərir ki, kişilərdə cinsi orqanda olan hüceyrələrin ACE2 özəlliyi yüksəkdir. Normal şərtlərdə qan və orqan arasında, xüsusilə də mikroblar və dərmanlar üçün maneə rolunu oynayan bir təbəqə var. Bu təbəqə kişiləri bir çox mənfi hallardan qoruyur. Lakin bəzi viruslar (məsələn, ZIKA, hepatit virusları, HİV) bu baryeri keçə bilir. Nəticədə, cinsi orqanda SARS-COV2 mikrobu da daxil olmaqla bəzi virus xəstəliklər müşahidə edilə bilər. Bu da orqanın funksiyasına mənfi təsir göstərəcək.
ACE2 xüsusiyyəti fərqli yaşlarda və fərqli miqdarda müşahidə olunur. 30 yaşdan yuxarı kişilərdə daha yüksək olduğu halda, 60 yaşdan yuxarı kişilərdə isə azalır. Bu səbəbdən də gənclər bu xəstəlikdən daha çox təsirlənir. Virus orşit adı verilən iltihablanmanı oyada bilər.
Bu, kişilərdə cinsi istəyə və libidoya mənfi təsir göstərir. Sonrakı dövrlərdə cinsi funksiyanın pozulmasına səbəb ola bilir. Əslində bu xəstəlik geniş yayılmış laxtalanma ilə irəlilədiyi üçün cinsi orqan damarlarında tromboz adlanan tıxanmaya səbəb ola bilər.
Tədqiqatlar çox az sayda yoluxan kişi tərəfindən cinsi yolla yoluxmanın yarana biləcəyini ehtimal edir. Lakin xüsusilə PCR testi ilə aparılan işlərdə, xəstə olan və ya xəstəlikdən qurtulan şəxslərin sperma nümunələrində virus aşkarlanıb.
Mövcud elmi məlumatlarda virusun spermanın özəlliklərinə hər hansı dəyişikliyə yol açması ilə bağlı sübut yoxdur. Amma virusa yoluxduqdan sonra kişilərdə cinsi istəyin azalması halları müşahidə edilib.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.