Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Kayrat” matçının hakimləri açıqlanıb.
Cia.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yevgeni Aranovskiy olacaq. Ona həmyerliləri Semyon Şlonçakla Andrey Skripka köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.
Yevgeni Aranovskiy ötən mövsüm Avropa Liqasının qrup mərhələsində baş tutan “Qarabağ” – “Vilyarreal” matçında 4-cü hakim olub.
Qeyd edək ki, “Qarabağ” – “Kayrat” oyunu 21 oktyabr tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb