banner
banner

İdman

İkardi həyat yoldaşından üzr istədi - FOTO

İkardi həyat yoldaşından üzr istədi

 

PSJ-nin argentinalı ulduzu Mauro İkardi öz sosial şəbəkə hesabında həyat yoldaşı və meneceri Vanda Nara barədə paylaşım edib.

Xatırladaq ki, daha əvvəl mətbuat hücumçunun xəyanəti səbəbindən cütlüyün ayrıldığını yazırdı.

“Təşəkkür edirəm, sevgilim, bu gözəl ailəyə inanmağa davam etdiyin üçün, həyatımızın mühərriki olduğun üçün çox sağ ol. Mən səni sevirəm. Sevdiklərimizi incitmək nə qədər ağrılıdır. Yalnız incitdiyiniz insanlardan bağışlanma diləyərkən günahlarınızı yumuş olursuz”,  - futbolçu həyat yoldaşı ilə paylaşdığı fotoya şərh olaraq yazıb.

 

Hücumçu növbəti paylaşımını da həyat yoldaşına həsr edib.

Bu dəfə 28 yaşlı futbolçu sevgisini daha qısa formada ifadə edib: “Məni heç zaman tək qoyma”.

Qeyd edək ki, Vanda Nara sosial şəbəkədə həyat yoldaşının dostluğunu tərk edəndən sonra hələ də İkardinin hesabına abunə olmayıb və futbolçu ilə şəkil paylaşmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.