Mayın 4-də Çenevrədə Suriya böhranı müzakirəyə çıxarılacaq. BMT-nin təşəbbüsü iləkeçirilən müzakirələrə İran da dəvət edilib. Dünyanın lider dövlətlərinin iştirak edəcəyi danışıqlar 5-6 həftə davam edəcək. Danışıqlara Suriya müxalifətinin rəhbərləri də qatılacaq. Bu cür müzakirələr Cenevredə 2012-ci ildə də keçirilmişdi. Birinci Cenevrə danışıqlarından sonra müharibənin sona çatdırılması, keçid hakimiyyətinin qurulması ilə bağlı çağırışlar edilmişdi. Ancaq həmin müzakirələrin bir nəticəsi olmamışdı. Həmin müzakirələrdə İran iştirak etməmişdi. Bu dəfə İranın müzakirələrdə iştirak etməsi ilə böhranın həllində dönüşə gətirib çıxaracağı gözlənilir. Suriyada 4 ildən artıqdır ki, hakimiyyətlə terrorçular arasında müharibə gedir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.