ABŞ-ın Texas ştatının Qarlend şəhərinin sərgi mərkəzlərinin biri bütün müsəlmanların dini hissiyatına toxunacaq hərəkətə imza atıb. Burada Muhəmməd (s.) peyğəmbərin qalmaqallı karikaturalarının sərgisi keçirilib. Sərgi qansız ötüşməyib. Belə ki, Breakingnews portalı xəbər verir ki, sərgi mərkəzinin qarşısında güclü atışma baş verib. Atışma nəticəsində 2 nəfər ölüb. Hazırda polis biznes mərkəzdə olan insanların təxliyyəsi ilə məşğuldur. Sərgi mərkəzinin qarşısında şübhəli maşın var və hazırda sapyor-robot partayıcı qurğu olma ehtimalını araşdırır. Qeyd edək ki, "Şarl Hebdo" jurnalında peyğəmbərin karikaturasını çəkən rəssam ötən həftə açıqlama verərək bir daha peyğəmbərin karikaturasını çəkməyəcəyini açıqlamışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.