banner
banner

Dünya

Ərdoğan Baydenlə görüş yerini açıqladı

Ərdoğan Baydenlə görüş yerini açıqladı

“Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”.

Cia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Ərdoğanın sözlərinə görə, görüşdə müzakirə ediləcək ən əsas mövzu “F-25” qırıcıları olacaq. 

 

““F-35” ilə əlaqədar olaraq bizim 1 milyard 400 milyon dollarlıq ödəməmiz var. Bu ödənişlə bağlı təbii ki, onun bizə geri ödəmə planının necə olacağını onlarla müzakirə etməliyik”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacağı açıqlanmışdı.

Şotlandiyanın Qlazqo şəhərində isə noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) keçiriləcək.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.