İraqın baş naziri Heydər əl-Əbədi İŞİD silahlılarının zəiflədiyini bəyan edib. Nazir kanadalı həmkarı Stiven Harperlə görüşü zamanı ölkədə terrorizmə qarşı mübarizə tədbirləri barədə çıxışında bu cür ifadələr işlədib. Nazir qeyd edib ki, İraq ordusu İŞİD silahlıları üzərində kifayət qədər üstünlük əldə edib. Heydər əl-Əbədi: “İŞİD artıq zəifləyib və geri çəkilir. Şükürlər olsun ki, biz ordumuz Diyala vilayətini tamamilə, Səlahəddin vilayətini isə qismən silahlılardan azad etməyə nail olub. Bağdad indi əvvələr olduğundan daha təhlükəsizdir” Bir qədər əvvəl paytaxt küçələrində törədilən ardıcıl iki partlayış nəticəsində azı 17 nəfər ölmüşdü. Hücumların İraq ordusunun əməliyyatlarına cavab olaraq İŞİD qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal edilir. Kanada hərbisi İraq hökuməti ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq edir. Hazırda İraqda 70-ə yaxın kanadalı hərbiçi çalışır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.