banner
banner

İdman

"Çelsi" İngiltərə çempionu oldu

"Çelsi" İngiltərə çempionu oldu

“Çelsi” İngiltərə Premyer Liqasının 35-ci turunda “Kristal Pelas” üzərində qələbə qazanaraq sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, “mavilər”in tarixindəki ümumilikdə 5-ci belə uğurudur.

Daha əvvəl 1954/55, 2004/05, 2005/06 və 2009/10-cu il mövsümlərində ən yaxşı olmağı bacaran londonlular son çempionluq da daxil olmaqla üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə portuqaliyalı Joze Mourinyonun rəhbərliyi ilə çıxıbılar.

Bu çempionluq isə Mourinyonun “Çelsi”də qazandığı 8-ci titul oldu. Bunlar 3 dəfə İngiltərə Çempionluğu (2004/05, 2005/06 və 2014/15), 3 dəfə İngiltərə Liqa Kuboku (2005, 2007, 2015), İngiltərə Kuboku (2007) və İngiltərə Super Kubokudur (2005).

Ümumilikdə isə portuqaliyalı baş məşqçi cari çempionluğu da qazanmaqla şəxsi karyerasında müxtəlif turnirlərdə 22-ci dəfə qələbə qazandı. O, “Portu” ilə 6, “Çelsi” ilə 8, “İnter”lə 5, “Real Madrid”lə isə 3 dəfə titul qazana bilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.