banner
banner

Sağlamlıq

Yeni təhlükə - xroniki böyrək xəstəlikləri epidemiyası

Yeni təhlükə - xroniki böyrək xəstəlikləri epidemiyası

Həkimlərin sözlərinə əsasən temperaturun qlobal yüksəlişi yaxın onilliklər ərzində davam etsə, yüksək istilik səbəbilə xroniki böyrək xəstəlikləri dünyadakı milyonlarla işçinin həyatına təhlükə mənbəyi ola bilər. Bu cür risk qrupuna planet əhaləsinin 2/3 hissəsi daxildir. Söhbət, tropik, subtropik regionlarda yaşayan və açıq havada ağır şərtlər altında çalışan insanlardan gedir. Belə bir vəziyyətdə böyrəklərin sıradan çıxma halları artıq Salvadorda, Nikaraquada və bir sıra digər regionlarda müşahidə edilib. Ənənəvi xroniki böyrək xəstələyindən (adətən yaşlı insanlar ilə şəkərli diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərdə rast gəlinir və bu orqanın funksionallığının tamamilə itirilməsi ilə müşahidə edilir) fərqli olaraq Salvadorun və Nikaraquanın isti kənd regionlarında artıq xroniki böyrək xəstəliyi halları müşahidə edilib.

Nəticədə çoxlu sayda yerli kəndli böyrəklərin sıradan çıxmaları səbəbilə həyatını itirib. Böyrək ilə bağlı olan problemlər həmçinin ağır fiziki iş ilə məşğul olanlarda da qeydə alınıb. Bu cür hallar əsasən Mərkəzi Amerikada, Afrikada, Hindistanda və Yaxın Şərq regionlarında müşahidə edilib. Böyrəklər orqanizmin su balansından cavabdehdirlər. Buna görə də onlar ekstremal temperaturlara daha həssasdırlar. Hər gün isti hava şəraitində çalışaraq insanlar öz böyrəklərini daimi stressə məruz qoyurlar. Nəticədə bu vəziyyət ciddi böyrək xəstəliyinə və ya böyrək çatışmazlığına gətirib çıxardır. Bununla belə bu cür halların simptomları uzun müddət ərzində özünü göstərməyə bilər.

Qeyd edilmiş vəziyyətdə xroniki böyrək xəstəliklərinin əsas səbəbləri yüksək temperatur və susuzluq olsalar da, bəzi alimlərin fikirlərinə əsasən digər səbəblər arasında həmçinin aqrokimyəvi maddələr, infeksiyalar, irsi özəlliklər və kasıblıq ilə lazımi səviyyədə qidalanmanın olmaması faktorları da ola bilərlər. Xəstəlik yüksək temperaturda açıq hava şəraitində çalışanları və tibbi xidmət ilə sığorta məsələlərində məhdud imkanlara sahib şəxsləri əhatə edir. Bundan əlavə olaraq il ərzində yüksək temperaturlu günlərin sayı artdıqca daha çox insan temperatur artımının səbəb olduğu problemlər ilə üzləşəcək. İlk növbədə bu, planet əhaləsinin tropik və subtropik regionlarda yaşayan 2/3 hissəsini əhatə edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.