banner
banner

Dünya

Cərrah prezident olmaq istəyir

Cərrah prezident olmaq istəyir

Məşhur neyrocərrah Ben Karson ABŞ prezidenti olmaq uğrunda mübarizəyə qoşulub.
Qaradərili cərrah namizədliyini respublikaçılar partiyasından irəli sürmək niyyətindədir. O, telekanallardan birinə müsahibəsində belə deyib: "Mən siyasətçi olmasam da, bir çox insan prezident seçkilərinə qatılmağımı istəyir".
63 yaşlı Ben Karson 1987-ci ildə ilk dəfə olaraq başdan bitişik böyüyən siam əkizlərini ayırıb. 2009-cu ildə onun haqqında "Qızıl əllər" adlı film də çəkilib. Həkimlik karyerasını artıq başa vuran Karson abort və eynicinsli nikahların qatı əleyhdarı kimi də tanınır. 

Xatırladaq ki, ABŞ qanunlarına görə, indiki prezident Barak Obama növbəti dəfə prezidentliyə namizədliyini verə bilməz. 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak edənlər arasında keçmiş birinci xanım, dövlət katibi Hillari Klinton, Florida ştatının keçmiş qubernatoru, Corc Buşun qardaşı Ceb Buş da var. Favorit namizəd isə Hillari Klinton sayılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.