Kreml Baydenlə razılaşmadı: “Unutmayaq ki, Türkiyədə....”
“Tundra həqiqətən yanır, amma unutmayaq ki, Kaliforniyada, Türkiyədə və dünyanın digər ölkələrində də meşələr yanır. Bunlar məhz iqlim dəyişikliyinə görə üzləşdiyimiz nəticələridir”.
Cia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Co Baydenin Rusiyanı ittiham edən sözlərini şərh edərkən deyib.
“Mən əminəm ki, iki prezident arasında məqsədəuyğun növbəti söhbət baş tutanda Putinin Baydenə bu sahədə gördüklərimiz barədə demək üçün gözəl fürsəti olacaq”,- deyə Dmitri Peskov bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden Rusiyada tundra meşələrinin yandığını, lakin Vladimir Putinin iqlim dəyişiklikləri ilə bağlı müzakirələrə gəlməməklə buna səssiz qaldığını demişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.