Tibbdə inqilabi kəşfə imza atılıb. Cia.az-ın məlumatına görə, Kanada kimyaçıları bütün qruplardan olan qanı köçürməyə yararlı edən ferment yaradıblar. Alimlər bildiriblər ki, bu fermentin köməyi ilə ikinci və üçüncü qruplardakı eritrositlərin antigenlərini kəsmək və onları birinci qrupa oxşatmaq mümkün olacaq. Məlum olduğu kimi, birinci qrupdan olan qanı, demək olar, hamıya köçürmək olar. Qanın çox adları var, lakin tibb işçiləri onu “həyat çayı” adlandırırlar, çünki qansız həyat yoxdur. İnsan çoxlu qan itirməkdən ölür. Hətta qədim vaxtlarda insanlar cəsarətli, dözümlü və güclü olmaq üçün qan içirmişlər. Artıq XXI əsr olsa da, müasir təbabət hələ də qandan istifadə etmədən keçinə bilmir. Bu zaman çoxlu problem üzə çıxır, çünki hər bir insanın öz qan qrupu var və tələb olunan qan qrupu köçürülməlidir. Kanadalı kimyaçılar bu problemin həllini tapıblar, onların hazırladığı xüsusi ferment sayəsində “qan qrupu” problemindən yaxa qurtarmaq mümkündür. Rəsmi məlumatlara görə, dünya əhalisinin təqribən 80 faizinin qan qrupu birinci və ikinci, 15 faizininki üçüncü, 5 faizinki dördüncü qan qrupudur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.