AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Nikolas Rayseli 4 oyunluq cəzalandırıb.
Cia.az xəbər verir ki, buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.
Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.
Bundan başqa, oyun ərzində hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat ziyana düşüb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb