Bu gün Türkiyə superliqasında 29-cu tura yekun vurulub. Hesabat turunda iki qarşılaşma keçirilib. Səfərdə "Kayseri Ərciyəsspor"un qonağı olan "Sivasspor" əzmkar qələbə qazanıb. 0:2 hesabı ilə geridə olan Sivas təmsilçisi 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 3:2. Çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" səfərdə "Akhisar"ın qonağı olub. "Cim Bom"un vuran ayağı Burak Yılmazın dublu "aslanlara" 2:0 hesablı önəmli qələbə qazandırıb. Bu qələbədən sonra xalını 64-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinə "Beşiktaş"la şərikli başçılıq edir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.