Avropa İttifaqı Suriyada vətəndaş müharibəsindən əziyyət çəkənlərə yardımını 215 milyon avroya qədər artıracaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd edilir.
Sənədə əsasən ayrılan vəsaitdən 50 milyonu humanitar yardıma digər 165 milyonu isə Suriyadan və ətraf bölgələrdən Türkiyəyə və digər ölkələrə qaçan köçkünlərlə bağlı layihələrin dəstəklənməsinə yönələcək.
Aİ-də qeyd edirlər ki, Suriyada yaşayan 10 milyondan çox insanın köməyə ehtiyacı var.
Xatırladaq ki, Türkiyədə olan Suriya qaçqınlarının sayı bir milyonu aşıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.