İranla Türkiyə rəsmiləri qarşılıqlı ticarət zamanı hər ölkənin öz pul vahidindən istifadə etməsi barədə razılığa gəliblər. “İran-Türkiyə Müştərək Ticarət Şurası”nın sədri Cəlal İbrahimi (Jalal Ebrahimi) iki ölkə arasındakı razılaşmanı doğrulayıb. İranın Türkiyə ilə ticarət edərkən öz pulundan istifadə etməyə hazırlaşdığı bildirilir. İbrahimi, Tehran ilə Ankaranın qarşılıqlı ticarətdə riyal ilə lirədən istifadə etməsi fikrinin Ərdoğanın son İran səfəri zamanı yarandığını bildirib. Yerli pul vahidi ilə ödəniş mexanizminin İran ilə Türkiyə arasındakı alış-verişi asanlaşdıracağını deyən İbrahimi, bu asanlaşdırmanın digər yolunun mübadilə olduğunu, yaxın günlərdə bunu da planlaşdırdıqlarını qeyd edib. Qeyd edək ki, ötən ay İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə fikirlər irəli sürmüşdü: “Biz nə dolların, nə də avronun təzyiqi altında qalmayaq. Biz İranda öz valyutamızla bazarlıq edək. Kursun təzyiqi altında qalmayaq. İran da öz pulu ilə bizdən alış-veriş etsin. Valyuta kursunda başqa pulların təzyiqi altında qalmayaq”.
Xatırladaq ki, bir müddət əvvəl İran Rusiya ilə də oxşar razılaşmaya gəldiyini açıqlamışdı. Bu razılaşmaya görə, Rusiya İrandan aldığı neftin qarşılığında bu ölkəyə buğda, texnologiya məhsulları və tikinti materialları verməlidir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.