ABŞ prezidenti Barak Obama qərargah rəislərinin birləşmiş komitəsinin başçısı vəzifəsinə general Cozef Danfordanın namizədliyini irəli sürüb. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Agentlik həmçinin qeyd edir ki, general Danford ABŞ dəniz qüvvələri piyadaları korpusuna başçılıq edib. Bundan əlavə Obama general Pol Selvi ABŞ hərbi qüvvələri başçısının müavini kimi namizədliyini irəli sürüb. 59 yaşlı Danford istefaya getməyə hazırlaşan Martin Dempsini əvəz edəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.