"Bu gün dünyada ən çox humanitar yardım edən ölkələrin başında Türkiyə durur. Ötən il 4,5 milyard dollara çatan humanitar yardımla dünyada 3-cü olduq". Bu barədə Türkiyə prezidenti bu gün İstanbulda keçirilən IDEF 2015 beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı zamanı bildirib. Türkiyə prezidenti daha sonra Türkiyəyə pənah gətirən qaçqınlardan danışıb. "Ölkəmizdə suriyalı və iraqlı qardaşlarımızın sayı 2 milyona çatır. Suriyadakı qarşıdurmaların başladığı gündən bəri ölkəmizə sığınan qardaşlarımız üçün xərclədiyimiz pullar 5,6 milyard dollara çatır. Halbuki Avropa ölkələrində bu gün sığınacaq isətyənlərin toplama sayı 250 mindən azdır", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. "Heç bir siyasət, heç bir diplomatiya, heç bir mənfəət milyonlarla insanın acısından, göz yaşından, ölümündən daha önəmli ola bilməz",- deyə Türkiyə prezidenti vurğulayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.