banner
banner

İdman

"Qəbələ"də şok itki

"Qəbələ"də şok itki

Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində mayın 8-də “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib.
“Qarabağ”la mayın 2-də evdə keçirilən XXXII turun oyunundan (1:1) sonra iki gün istirahətə buraxılan “qırmızı-qaralar” bu gün çalışmalarını bərpa edib. 
Əvvəl fiziki hazırlıq keçən komanda ardınca toplu çalışamlara üstünlük verib. Komandanın hazırlıqlarına 3 futbolçu qatılmayıb. Fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanovla yanaşı, boğazında ağrılar olan komandanın bombardiri Cavid Hüseynov da məşqə qatılmayıblar.
Onlar “Sumqayıt”la oyunda da komandaya kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri sabah Qəbələ şəhər stadionunda məşq keçəcək. Mayın 7-də komanda Bakıda bir araya gələcək.
Qeyd edək ki, mayın 8-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”la qarşılaşma saat 18:00-da başlayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.