İsrailin keçən il Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən yəhudi əsgərlər qırğın etdiklərini etiraf ediblər. "Breaking the Silence" adlı insan hüquqları dərnəyi 2200 fələstinli və 60 israilli əsgərlə görüşüb. Hərbi əməliyyatlarda iştirak edən əsgərlərin dedikləri dərnək tərəfindən hesabata salınıb. Hesabatda bildirilir ki, İsrail əsgərlərinə Qəzza zolağında irəlilədikləri zaman hər tərəfə atəş açmaq əmri verilib. Əsgərlər bomabaladıqları binaların hərbi təyinatlı olub-olmadığını da bilmədiklərini deyiblər. 240 səhifəlik hesabatda əsgərlərə verilən əmrlərin beynəlxalq hüquqa zidd olduğu ifadə edilir. İsrail müdafiə Nazirliyi sözügedən hesabatda yer alan faktlarının heç birini təsdiq etməyib. Qeyd edək ki, ötən il İsrail Qəzza zolağında 50 günlük hərbi əməliyyat keçirmişdi. Nəticədə minlərlə fələstinli öldürülmüş və yaralanmışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.